Xəbərlər

AŞPA-da Ermənistan nümayəndə heyətinin legitimliyindən şikayət edilə bilər
15 yanvar, 2014 09:42

Ermənistan yanvarın 27-də öz işinə başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası zamanı diqqət mərkəzində olacaq.

ERtv xəbər verir ki, bu barədə Ermənistanın Epress.am saytı “Aykakan jamanak” qəzetinə istinadən yazıb.

Qeyd edilib ki, oktyabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyanın AŞPA-da çıxışı zamanı bu ölkənin nümayəndə heyətinin üzvü Zauri Postancyan ona kazinoda 70 milyon dollar uduzması ilə bağlı sual ünvanlayıb. Daha sonra Ermənistan parlamentinin sədri Ovik Abramyan AŞPA nümayəndə heyətinin tərkibində dəyişiklik edərək Postancyanı tərkibdən çıxarıb.

Postancyan bundan sonra üzvü olduğu Avropa Xalq Partiyası fraksiyasının dəvəti əsasında Strasburqa gedərək, burada avropalı deputatlarla danışıqlar aparıb.

O, nəşrə açıqlamasında deyib ki, AŞPA Ermənistan nümayəndə heyətinin legitimliyindən şikayət edə bilər.

“Bizim məlumatımıza görə, Zauri Postancyan AŞPA-da onlarla deputatla danışıb və onları iclasın əvvəlində Ermənistanın nümayəndə heyətinin legitimliyi məsələsini qaldırmağa razı sala bilib. Kifayət qədər qızğın müzakirələrin gedəcəyi gözlənilir”, - deyə vurğulanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.