Xəbərlər

Şərqşünasların 39-cu beynəlxalq konqresi Bakıda keçirilə bilər
16 yanvar, 2014 19:59

Dünya miqyasında tanınmış macar türkoloqu, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, Şərq və Asiya Tədqiqatları Beynəlxalq Cəmiyyətinin (İnternational Union for Oriental and Asian Studies) prezidenti, professor Georq Xazai şərqşünasların növbəti 39-cu Beynəlxalq konqresinin Bakıda təşkili ilə bağlı müzakirələr aparmaq üçün Azərbaycanda səfərdədir.

ERtv-yə ölkəmizin Macarıstandakı səfirliyindən bildiriblər ki, bu nüfuzlu beynəlxalq elmi təşkilat 1873-cü ildən fəaliyyət göstərir. Onun sonuncu, 38-ci konqresi Türkiyə Cümhuriyyəti prezidenti Abdulla Gülün himayəsi və Atatürk mərkəzinin təşkilatçılığı ilə 2007-ci ildə Ankarada keçirilib.

Bakıda olduğu müddət ərzində akademik Xazai Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ilə müzakirələr aparacaq, Nizami adına Ədəbiyyat İnstitutunun yaranmasının 80 illik yubileyində iştirak edəcək, ölkəmizdə humanitar elmlərin inkişaf perspektivləri  ilə tanış olacaq.

Səfər zamanı dünya şərqşünaslarının mötəbər elmi forumunun (sonuncu Ankara konqresində dünyanın 100-ə yaxın ölkəsindən gəlmiş 1500 nəfərə yaxın qonaq iştirak etmişdi) keçirilməsi ilə bağlı təşkilat komitəsinin formalaşdırılması, konqresin yerinin və vaxtının müəyyən edilməsi nəzərdə tutulur.

Bakıya yola düşməmişdən əvvəl Azərbaycanın Budapeştdəki səfiri Vilayət Quliyevlə görüşən akademik Xazai Azərbaycan alimlərinin dünya şərqşünaslıq elminə böyük töhfə verdiklərini, əsrlər boyu Şərqlə Qərb arasında mədəni körpü rolunu oynayan Azərbaycanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək üçün çoxdan mənəvi haqq qazandığını diqqətə çatdırıb.

Akademik Georq Xazai yarım əsrə yaxındır ki, Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir. 2011-ci ildə o, şəxsi kitabxanasında saxlanan 1000 nüsxədən çox kitabı və bir sıra arxiv materiallarını Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına, 2012- ci ildə 300 nüsxə kitabı Naxçıvan Dövlət Universitetinə hədiyyə edib. Bu yaxınlarda Bakıda Azərbaycan MEA Əsaslı kitabxanası tərəfindən Xazai fondunun biblioqrafiyası hazırlanaraq nəşr edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.