Xəbərlər

Azərbaycandan Rusiyaya qaz nəqlinin dayandırılmasının təfərrüatları açıqlanıb
16 yanvar, 2014 19:50

Azərbaycandan Rusiyaya qaz nəqlinin dayandırılması Bakı-Rusiya sərhədi magistral yolunda aparılan təmir işləri ilə əlaqədardır.

ERtv-nin SOCAR-a istinadən verdiyi xəbərə görə,  “Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunun 133,8 kilometrliyində, 135,935 kilometrliyində, 137,278 kilometrliyində, 178,490 kilometrliyində (sol qol ilə 2 kəsişmə), 178,860 kilometrliyində, 178,9 kilometrliyində, ümumilikdə 7 yerdə 1220 millimetrlik “Mozdok-Qazıməmməd” magistral qaz kəməri ilə kəsişdiyi nəzərə alınaraq, müvafiq normativ sənədlərin tələblərinə və texniki şərtlərə əsasən kəsişmələrin layihə həlləri hazırlanıb. Tikinti işləri “Azərinşaatservis” MMC tərəfindən aparılır.

Layihənin dövlət əhəmiyyətli olmasını əsas götürərək kəsişmələrdə tikinti işərinin aparılmasına təhlükəsiz şərait yaradılması məqsədi ilə “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində texnoloji rejimlər dəyişdirilib, işçi təzyiq 12 atmosferə salınıb. Bu səbəbdən Rusiya Federasiyasına qazın nəqli müvəqqəti dayandırılıb.

Kəsişmələrdə tikinti işlərinin aparılması ilə əlaqədar olaraq həmçinin “Mozdok-Qazıməmməd” magistral qaz kəmərində 206-cı və 287-ci kilometrlərdə aşkar edilmiş sızmaların ləğvi edilməsi üçün işlərə də başlanılıb. Bu məqsədlə təmir işləri SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.