Xəbərlər

İlk Avropa Olimpiya Oyunlarının tərkibində şahmat da var
14 yanvar, 2014 09:16

2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarının tərkibində şahmat da var.

ERtv xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

O bildirib ki, baxmayaraq ki, şahmat olimpiya idman növü deyil, ancaq Avropa Komitəsinin xüsusi qərarı ilə şahmat və karate həmin olimpiya oyunlarının idman sırasındadır:

“Sözsüz ki, şahmatla bağlı aparılan bütün islahatlar daha yüksək səviyyə çatdırılmalıdır. Çünki ev sahibliyi edərkən bizim çox güclü şahmat komandalarımız var ki, onların sayəsində biz sevinc hissi yaşamalıyıq və bu sahədə biz işlər görəcəyik”.

Nazir deyib ki, gənclərlə bağlı Təşkilat Komitəsi, Təşkilat Ənənə Şirkəti işləyir:

“Bu işə çoxlu gənc cəlb olunub. Biz düşünürük ki, qısa müddətdə böyük kütlə, könüllər Olimpiya oyunlarının hazırlığı prosesinə cəlb olunacaq.

Olimpiya oyunlarının hazırlığına faktiki olaraq ötən ilin əvvəlindən başlanılıb. Artıq bir il var ki, işlər gedir. Demək olar ki, keçən ilin son ayından işlər daha da fəal şəkildə aparılır. Bu il də əsas ilimizdir.

Yəni ki, bu il bütün tikintilər başa çatmalıdır. Bu günlərdə avadanlıqlar alınmalıdır, kənd hazır olmalıdır, nəqliyyat və digər məsələlər hamısı həll olunmalıdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.