Xəbərlər

Heydər Əliyev Mərkəzində məşhur italyan müğənnisinin konserti keçiriləcək
14 yanvar, 2014 09:15

Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək.

Dünya akademik səhnəsinin məşhurlarından biri Alesandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.

Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğəninin “Luna”, “Besame Mucho” və s. məşhur mahnıları səslənəcək.
 
Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də İtaliyanın Siena şəhərində anadan olub.

Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada  konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb. 1989-cu ildə o, ilk dəfə Mantova şəhərində “Concorso Lirico Internazionale” müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.

Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı “Teatro Bibiena”da, Londondakı “Barbican Hall”da və digərlərində çıxış edib. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb.

Alessandro Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə “opera roku” adlandırılan yeni üslub yaradıb.

O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən “Insieme a Te” albomunu buraxdırıb. “Luna” sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth eləyib.

Alessandro Safina müğənniliklə yanaşı, filmlərə də çəkilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.