Sutka ərzində Çeçenistanda hərəyə min dollar alan 126 uşaq dünyaya gəlib
14 yanvar, 2014 09:09
Yanvarın 13-də dünyaya gələn və Məhəmməd (s) peyğəmbər, onun qohumları və səhabələrinin adları verilən uşaqların hər birinə görə min dollar mükafat verilib.
ERtv Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, Çeçenistan hakimiyyəti İslam peyğəmbərinin möludunu məhz bu şəkildə qeyd etmək qərarına gəlib.
Respublikanın səhiyyə naziri Musa Əhmədovun sözlərinə görə, uşaqlara daha çox Məhəmməd və Fatimə adları qoyulub.
Ümumilikdə 75 oğlan və 48 qız uşağı dünyaya gəlib. Xoşbəxt valideynlər Rusiya qəhrəmanı Əhməd Hacı Kadırov Fondundan hərəyə min dollar alıblar.