Orta aylıq əmək haqqı 419 manata çatıb
14 yanvar, 2014 09:01
2013-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 419 manat olub.
ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
2013-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub.