Xəbərlər

Lənkəranda 55 yaşlı kişini avtomobil vurdu, piyada xəstəxanada öldü
13 yanvar, 2014 10:54

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ERtv-nin bölgə müxbiri xəbər verir ki, yol qəzası Lənkəran-Lerik yolunun Kərgəlan kəndi ərazisindən keçən hissəsində baş verib.

Kərgəlan kənd sakini 55 yaşlı Abdulla Qulu oğlu Mirzəyev rayonun Qurunba kənd sakini 36 yaşlı Zahid Bəhlul oğlu Məmiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub.

Hadisəni törədən şəxs, qəza baş verəndən sonra hadisə yerindən qaçdığından, yaralını hadisə şahidlərinin köməyi ilə Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri, Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Ciddi bədən xəsarətləri alan Abdulla Mirzəyevə müvafiq tibbi yardım göstərildikdən reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı bir neçə saat koma vəziyyətində qaldıqdan sonra dünyasını dəyişib.

Hadisə yerinə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları gələrək qəza baş verən ərazini müayinə edib.

İlkin versiya kimi, hadisənin baş verməsinə səbəb avtomobilin yüksək sürətlə idarə olunması və kənd ərazisində piyadalar üçün nəzərdə tutulan səkinin qaranlıq olması göstərilir. Artıq qəzanı törədən sürücü Zahid Məmiyev saxlanılaraq polis şöbəsinə aparılıb. Şöbədə onun ilkin ifadəsi də alınıb.

Faktla bağlı Lənkəran Şəhər rayon Polis Şöbəsində araşdırma aparılır.

Qəzanın dəqiq səbəbləri təyin olunan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.