Ev sahibi evi ilə birlikdə yandı – Bakıda hadisə
13 yanvar, 2014 10:53
Bakıda yaşayış evində yanğın zamanı bir nəfər ölüb.
ERtv xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin dəhlizinin yanar konstruksiyaları 52 kv.m və dam örtüyü 70 kv.m sahədə yanıb.
“Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1951-ci il təvəllüdlü İsmayılov Qəhrəman Qasım oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub” – deyə, FHN-dən məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.