Suriyada müxalifət qüvvələri bir-birinə girdi: 100 ölü
13 yanvar, 2014 10:52
Suriyada fəaliyyət göstərən “Əl-Qaidə” ilə əlaqəli “İraq və Levanta İslam Dövləti” qruplaşmasının silahlıları digər ekstremist təşkilatın təqribən 100 nümayəndəsini güllələyiblər.
ERtv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə hüquq-müdafiəçilərinə istinadən “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, son günlər silahlılar Suriyanın şimalında yerləşən Rakka əyalətinin bir sıra yaşayış məntəqələrini ələ keçiriblər və “Ən-Nüsra Cəbhəsi” və “Əhrar əş-Şam” radikal qruplaşmalarının onlarla üzvünü əsir edərək güllələyiblər.