Xəbərlər

“Böyük səhnə” layihəsinin növbəti seçim turu Şəkidə keçirilib
12 yanvar, 2014 09:45

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə respublikamızda “Böyük səhnə” gənc ifaçıların musiqi layihəsi həyata keçirilir.

ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, layihənin şərtləri və gündəliyinə uyğun olaraq Azərbaycanın iri şəhərlərində müsabiqənin ilkin dinləmə mərhələsi başlayıb.

Müsabiqənin Şəki-Zaqatala bölgəsi üzrə seçim turu Şəki Musiqi Kollecində keçirilib. Zona mərhələsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından 20-dən artıq ifaçı öz istedadını nümayiş etdirib.

İfaçıların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Zona seçim turunda fərqlənən 4 ifaçı müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb.

Xatırladaq ki, İctimai Televiziyada yayımlanacaq musiqi layihəsinin qalibi Azərbaycanı Danimarkada keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.