Xəbərlər

Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu keçiriləcək
13 yanvar, 2014 09:38

Bakıda türkdilli dövlətlərin iqtisadçı alimlərinin I forumu təşkil olunacaq.

ERtv xəbər verir ki, bununla bağlı qərar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında qəbul olunub.

Forumun məqsədi türkdilli dövlətlərdə baş verən sosial-iqtisadi prosesləri təhlil etmək, iqtisadçılar arasında əlaqələri inkişaf etdirməkdir.

Həmçinin onların fəaliyyətini türkdilli dövlətlərin inkişafına istiqamətləndirmək və birgə elmi-strateji araşdırmaları təşkil etməkdir. Burada əsasən 5 türkdilli dövlətin nümayəndələri bir araya gələcək. Forumda xaricdən 100, yerli 150 iqtisadçı alimin iştirak etməsi planlaşdırılır.
Forumun  2014-cü ilin iyun ayında  4 gün ərzində yekunlaşması  nəzərdə tutulub. Hazırda AMEA İqtisadiyyat İnstitutunda Forumun keçirilməsinə dair Tədbirlər planı hazırlanır.

Qeyd edək ki, Qəbələdə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında Prezident İlham Əliyev türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın genişlənməsinin vacibliyini bildirib. Bu çağırış “Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu”nun keçirilməsi üçün zəmin yaradıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.