50-ci Münhen təhlükəsizlik konfransının tarixi açıqlanıb.
ERtv xəbər verir ki, konfrans yanvarın 31-dən fevralın 2-dək davam edəcək.
50-ci Münhen təhlükəsizlik konfransında xarici siyasət, təhlükəsizlik və biznes sektorunun yüksək səviyyəli təmsilçiləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, 49-cu konfrans ötən ilin fevralında keçirilib və tədbir çərçivəsində avro böhranı, enerji siyasəti kontekstində geosiyasət məsələləri, avroatlantik təhlükəsizlik, kiber təhlükəsizlik, İran məsələsi, Suriya və Malidə yaranmış vəziyyət müzakirə olunub.
Konfransa bir neçə dövlət və hökumət başçısı, 50-dən çox ölkənin xarici işlər və müdafiə nazirləri, iri korporasiyaların rəhbərləri, Avropa İttifaqı, NATO rəsmiləri iştirak edib. Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.