Misirdə qadağan olunan “Müsəlman qardaşları” təşkilatının tərəfdarları ilə polis arasında yeni toqquşmalar olub.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, məlumatı yerli KİV-lər yayıb. Verilən məlumata əsasən, ölkənin müxtəlif rayonlarında “Müsəlman qardaşların” etiraz edən tərəfdarları polisi daş-qalaq ediblər, onların üzərinə yandırıcı qarışıqlarla dolu şüşələr atıblar, bəzi avtomobil yollarını bağlamağa çalışıblar.
Qahirənin Zeytun rayonunda isə onlar polis avtomobilini yandırmağa cəhd ediblər. Bu hüquqazidd hərəkətlərin cavabında polis mitinqçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Məlumata görə, İskəndəriyyədə, Əl-Minyada, habelə Qahirənin bir neçə rayonunda lokal iğtişaşlar yaşanıb. Onların təşkilatçıları sırasından artıq onlarla adam həbs olunub.