Xəbərlər

Biləsuvarda müasir ailə fermer təsərrüfatı yaradılacaq
11 yanvar, 2014 21:23

Biləsuvarda 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının yaradılması üzrə nümunəvi investisiya layihəsinin təqdimatı keçirilib.

ERtv-nin İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu fermer təsərrüfatının Sahibkarlığa Kömək Milli Fondunun koordinasiyası və güzəştli kreditlərindən istifadə edilməsi ilə müvəkkil kredit təşkilatı, süd emalı zavodu və sahibkarın birgə kooperasiya əlaqəsi qurması nəticəsində yaradılması nəzərdə tutulur.

Belə fermer təsərrüfatlarının yaradılması ilə ölkədə ət və süd istehsalının həcminin artmasına və keyfiyyətinin yaxşılaşmasına, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətlərinin yaranmasına, fermerlərin dövlətin dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən və lizinq xidmətlərindən daha səmərəli istifadə etməsinə, iribuynuzlu mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, emal müəssisələrinin potensial gücü ilə işləməsinə, istehsal prosesində fasiləsizliyin təmin edilməsinə, ailə təsərrüfatlarının inkişafına, daxili bazarın yerli məhsullarla təmin olunmasına, kiçik sahibkarlığın maddi-texniki bazasının yaxşılaşmasına nail olunacaq.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2013-cü ildə 4468 sahibkarlıq subyektinə 275 milyon manat güzəştli kredit verilib.

“Bu kreditlərin reallaşdırılması 12 mindən çox yeni iş yerinin açılmasına imkan verib. Son illər Fondun vəsaitləri hesabına 16 müasir heyvandarlıq kompleksi maliyyələşdirilib. Artıq 13450 başlıq 11 heyvandarlıq kompleksi fəaliyyətə başlayıb. Bu komplekslər ildə 69 min ton süd, 1,7 min ton ət istehsal etmək gücünə malikdirlər”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.