Azərbaycanın əməkdar artisti vəfat edib
09 yanvar, 2014 22:28
Azərbaycanın əməkdar artisti Ömür Nağıyev dekabrın 31-də Mərkəzi Neftçilər Xəstəxanasında uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə ERtv-yə Səməd Vurğun adına Rus Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.
Məlum olub ki, tanınmış artist bir aya yaxın Mərkəzi Neftçilər Xəstəxanasında
yatıb. Onun ürəyində şuntlama əməliyyatı aparılmalıymış. Müalicə xərclərini Rus Dram Teatrı öz üzərinə götürüb. Proses xəstənin qanında şəkərin miqdarının yüksək olması səbəbindən hər dəfə təxirə salınıb.
Aktyor yanvarın 1-də Hövsan qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, aktyorun oğlu Rüfət Nağıyev də 2013-cü ilin sentyabrında yüksək narkotik maddə qəbulundan keçinib.