Bağdadda baş vermiş partlayış nəticəsində 21 hərbçi həlak olub
09 yanvar, 2014 22:26
Bağdadda hərbi bazada baş vermiş güclü partlayış nəticəsində azı 21 nəfər ölüb.
ERtv xəbər verir ki, partlayışda 30-dan çox insan yaralanıb.
Məlumata görə, partlayış hərbi çağırış məntəqəsi yerləşən Əl Mutanna aerodromunda baş verib.
Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir.