Nüfuzlu “Global Financial Integrity” tədqiqat institutunun məlumatına görə, təkcə 2011-ci il ərzində Ermənistandan 163 milyon dollar çıxarılıb.
ERtv xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti yazıb.
İnstitutun hesabatına əsasən, son 10 il ərzində Ermənistandan qanunsuz kapital axını bir qayda olaraq 6,2 milyard dollar və ya illik orta hesabla 623 mln. dollar təşkil edib. Ermənistan bu göstərici ilə hesabata daxil edilən 144 ölkə arasında 71-ci yeri tutub.
Əgər qanunsuz kapital axınını dövlət büdcəsi ilə müqayisə etsək, Ermənistan liderlər sırasına daxil olacaq. Məsələ burasındadır ki, təkcə 2011-ci il ərzində Ermənistandan qanunsuz olaraq çıxarılan 1 mlrd. 163 mln. dollar Ermənistan dövlət büdcəsinin bu ilə olan göstəricisinin yarısını, yəni 49.4%-ni təşkil edir.
“Başqa sözlə desək, Ermənistan heç olmasa qanunsuz kapital axınına görə regionda qabaqcıl mövqe tutur”, - deyə qəzet yazır.