Pakistanın yeni səfiri bu həftə Bakıya gələcək
08 yanvar, 2014 11:39
Pakistanın Azərbaycana yeni təyin olunan səfiri Xalid Osman Kayser yanvarın 10-da Bakıya gələcək.
ERtv xəbər verir ki, səfir etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq.
Xalid Osman Kayser buna qədər Pakistan Diplomatik Akademiyasının rektoru vəzifəsində calışıb, ixtisasca diplomatdır.
Pakistan səfiri İkramullah Masudun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb.