Xəbərlər

ADA-da keçirilən “Təfəkkür, cəmiyyət və transformativ təhsil” konfransı başa çatıb
08 yanvar, 2014 11:35

Azərbaycan Diplomatik Akademiyasında (ADA) Təhsil Nazirliyi ilə birgə “Təfəkkür, cəmiyyət və transformativ təhsil” adlı konfrans keçirilib.

ERtv-yə ADA-dan bildiriblər ki, konfrans tanınmış psixoloq, Harvard Universitetinin Təhsil İnstitutunun keçmiş professoru Dr.Eleanor Dakvors da daxil olmaqla dünyanın ən məşhur təhsil mütəxəssislərini bir araya gətirib.

Bununla yanaşı, konfransda 70-ə yaxın orta məktəb direktoru, tanınmış pedaqoq və təhsil mütəxəsisləri də iştirak edib.

Konfransın açılışında ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, ADA-nın Tədris işləri üzrə prorektoru Dr. Patrik Kvin, Harvard Universitetinin keçmiş professoru Dr. Eleanor Dakvors və biznesmən və xeyriyyəçi Taher Gozel “Təhsil, tədris və məktəblərə yeni baxış” mövzusu ətrafında çıxış ediblər.

Müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşdığını bildirən səfir H.Paşayev onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərinin yüksək qiymətləndirildiyini qeyd edib və ADA olaraq yaxın gələcəkdə məktəblərlə daha sıx əməkdaşlıq edəcəyini vurğulayıb. Rektor eyni zamanda, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılmasını planlaşdırıldığını da bildirib.

Konfransda daha sonra ABŞ-ın İlliois Universitetinin tanınmış professoru Dr. Uilliam Ayers, “School-in-a-box” və RIVER metodologiyasının həmtəsisçiləri xanım və cənab Rao, Vinçester Universitetinin professoru Dr. Simon Boksli və digərləri təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurrikulum və təhsil siyasətinin formalaşdırıması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər bu kimi mövzular ətrafında çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.

Tədbirin ikinci günü ADA-nın Tədris işləri üzrə prorektor müavini Şəmsiyyə Mustafayeva, ADA-nın Təhsil və Dillər İnstitutunun Dekanı Dr. Vəfa Kazdal, Bakalavr Tələbə Qəbulu üzrə direktor müavini Dr. Firuzə Əliyeva çıxış edib və orta məktəb müəllimləri ilə Azərbaycan təhsilinin bu günü mövzusunda müzakirələr aparıblar.

Konfrans “Təbiətdə transformativ təhsil”, “Məktəb, kurrikulum, təhsil siyasəti”, “Birlikdə öyrənmə və düşünmə”, “Təhsil siyasəti, kurrikulum tərtibatı və gələcək addımlar” kimi mövzular ətrafında çıxışlar və müzakirə panelləri ilə davam edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.