Xəbərlər

Adı əvvəllər məlum olmayan fironun sərdabəsı tapılıb
08 yanvar, 2014 11:33

Pensilvaniya Universitetinin arxeoloqları Misirdə qazınılar zamanı Misir fironlarının 13-cü sülaləsinin əsasını qoyduğu ehtimal edilən firon I Sebekxoteptin sərdabasını aşkar ediblər.

Yerli KİV-lər Maddi Mədəniyyət Abidələri üzrə Nazirliyin rəhbəri Məhəmməd İbrahimə istinadla xəbər verirlər ki, sərdabənin çəkisi təxminən 600 tondur və hələ bir il əvvəl aşkarlanıb.

Lakin onun kimə mənsub olduğunu yalnız yaxın vaxtlarda müəyyənləşdirmək mümkün olub. Bu işdə üzərində I Sebekxoteptin adı həkk olunmuş daşlar və taxtda əyləşmiş fironu təsvir edən şəkillər alimlərin köməyinə çatıb.

Bundan əlavə, Qahirədən təxminən 450 kilometr cənubda yerləşən Abidosda aparılan qazıntılar zamanı amerikalı arxeoloqlar qədim Misirdə dəfn zamanı istifadə olunan xüsusi qabların - kanopaların fraqmentlərini də tapıblar. Qazıntı yerində firona məxsus olduğu güman edilən çoxlu qızıl əşya aşkarlanıb.

Alimlərin məlumatına görə, I Sebekxotept eramızdan əvvəl 1730-cu illərdə Misirin hökmdarı olub.
Alimlər fironun məhz Abidosda olduğunu göstərən çoxlu sayda izləri bir vaxtlar burada onun tikdirdiyi ibadətgahın olması ilə izah edirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.