Venesuela gözəli qətlə yetirilib
08 yanvar, 2014 11:31
“Miss Venesuela-2004” müsabiqəsinin qalibi Nonika Spir və onun əri, İrlandiya vətəndaşı Tomas Berri qətlə yetirilib.
Onların beş yaşlı qızı ayağından güllə yarası alıb.
ERtv xəbər verir ki, hadisə Puerto-Kabelo və Valensiya şəhərləri arasındakı avtomobil yolunda, ailənin avtomobili xarab olub dayanarkən baş verib. İlkin məlumata görə, 29 yaşlı Nonika Spir və onun əri bandit hücumunun qurbanı olublar. Ehtimal olunur ki, onlardan biri quldurlara müqavimət göstərməyə cəhd edib və bundan sonra naməlum şəxslər cütlüyə atəş açıblar.
Keçmiş Venesuela gözəli son illər ABŞ-da yaşayır və orada ispandilli telekanalda çalışırdı.
Nonika Spirin ailəsi Venesuelaya məzuniyyəti keçirməyə gəlibmiş.