SOCAR ötən il Novorossiysk limanından 1,7 milyon tondan çox xam neft ixrac edib
08 yanvar, 2014 11:30
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin dekabr ayında Novorossiysk limanından 169 min 363 ton xam neft ixrac edib.
ERtv-nin şirkətə istinadən verdiyi xəbərə görə, ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 1 milyon 751 min 23 ton xam neft ixrac edilib.
Qeyd edək ki, bu göstərici 2012-ci ilin dekabr ayında 167 min 3 ton, yanvar-dekabr ayları ərzində isə 2 milyon 64 ton təşkil edib.