Mübariz Qurbanlı ölkə Prezidentinə minnətdarlıq etdi
07 yanvar, 2014 13:11
Millət vəkili, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı ölkə Prezidentinə onu “Şöhrət ordeni” ilə təltif etməsi ilə əlaqədar minnətdarlıq edib.
ERtv-yə bu barədə danışan YAP rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə onu ölkənin ən ali mükafatı – “Şöhrət ordeni” ilə təltif etməsi ilə əlaqədar öz dərin minnətdarlığını bildirir.
"Həmçinin, bu münasibətlə məni həm şəxsən, həm də sosial şəbəkələrdə təbrik edən bütün dostlarıma səmimi təşəkkürümü ifadə edirəm", - deyə, M.Qurbanlı qeyd edib.