Komada olan Mixail Şumaxerin vəziyyəti yaxşılaşıb
07 yanvar, 2014 13:09
Məşhur avtomobil yarışçısı Mixail Şumaxerin vəziyyəti az da olsa, yaxşılaşmağa doğru gedir.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, məlumatı tanınmış idmançının yaxınları yayıb.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl dağ xizəyi idmanını çox yaxşı bilən əfsanəvi avtomobil yarışçısı Mixail Şumaxer xizək sürərkən yıxılaraq travma alıb. O, bir gecədə iki dəfə əməliyyat olunub.
Hadisə Meribeldə (Alp dağlarının Fransaya düşən hissəsində) baş verib. M.Şumaxerin baş hissəsindən aldığı zədə onun beyninə qan sızması ilə nəticələnib. Dekabrın 29-da gecə saatlarında iki dəfə əməliyyat olunan məşhur idmançı həmin vaxtdan komadadır.