Bayram günləri yol qəzalarında 28 nəfər ölüb
07 yanvar, 2014 13:07
Bayram günlərində ölkə ərazisində baş verən yol qəzalarında ölən və yaralananların sayı açıqlanıb.
ERtv-nin Baş Dövlət Yol Polisi İdarəsinə istinadən verdiyi xəbərə görə, dekabrın 31-dən yanvarın 7-nə kimi respublikanın avtomobil yollarında 89 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 28 nəfər ölüb, 142 nəfər xəsarət alıb.