Hindistanda inşası davam edən bina uçub: ölənlər var
07 yanvar, 2014 13:03
Hindistanda binanın uçması nəticəsində 17 nəfər həlak olub.
Hindistanın Kanakon şəhərində binanın uçması azı 17 nəfərin ölümünə səbəb olub.
ERtv-nin verdiyi xəbərə görə, məlumatı “Euronews” telekanalı yayıb. Məlumata əsasən, hadisə tikinti gedən ərazidə baş verib. Həmin vaxt binada 40 nəfərdən çox insanın olduğu bildirilir.
Xilasedicilər hadisə yerində sağ qalanların axtarışı ilə məşğuldurlar.
Qeyd edək ki, Hindistanda tikinti sektorunda təhlükəsizlik normalarına əməl edilməməsi belə faciəli hadisələrin tez-tez təkrarlanmasına səbəb olur. Ötən ilin sentyabr ayında Mumbay şəhərində yaşayış binasının uçması nəticəsində 43 nəfər həlak olmuşdu, 30-dan çox insan xəsarət almışdı.