Xəbərlər

Tikinti materialları istehsalı artıb
07 yanvar, 2014 13:00

Yanvar-noyabr ayları ərzində tikinti materialları sənayesi müəssisələri tərəfindən istehsal edilmiş məhsulun həcmi 16,9 faiz artaraq 318,7 milyon manat təşkil edib.

ERtv-nin Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, o cümlədən sement istehsalı 5,5 faiz artaraq 1,9 mln. ton, tikinti gipsi istehsalı 24,2 faiz artaraq 161,9 min ton, hörmə üçün hazır beton qarışığı istehsalı 10,1 faiz artaraq 1247,8 min ton olub.

2013-cü il dekabrın 1-nə müəssisələrin anbarlarında 18,1 milyon manat həcmində və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 6,7 faizi qədər hazır məhsul ehtiyatı olub.

Ümumiyyətlə, sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,7 faiz artaraq 30,8 milyard manata çatıb. Onun 74,2 faizi və ya 22,8 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 199,9 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 39,5 milyon ton və ya 0,5 faiz çox xam neft, 16,2 milyard kubmetr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunub.

Emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 6,2 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz, avtomobil və qoşquların istehsalı 42,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 2,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri xidmətləri 37,3 faiz artıb.

Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.