Angela Merkel xizək sürərkən xəsarət alıb
06 yanvar, 2014 21:42
Almaniya kansleri Angela Merkel xizək sürərkən omba sümüyünü ciddi zədələyib.
ERtv RİA-Novosti-yə istinadən xəbər verir ki, bununla əlaqədar A.Merkel bu həftəyə planlaşdırılmış bir neçə rəsmi görüşünü təxirə salmaq məcburiyyətində qalıb.
Merkelin təmsilçisi Stefen Seibretbildirib ki, kansler Mövlud bayramı ərəfəsində xizək sürərkən yıxılıb və şok keçirib. Hadisə nəticəsində Almaniya kanslerinin omba sümüyü çatlayıb. Bu səbəbdən də A.Merkelin bir sıra görüşləri təxirə salınıb.
Məlumata görə, hadisə İsveçrədə baş verib.