Xəbərlər

Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək
05 yanvar, 2014 23:56

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbuldakı “Çırağan” sarayında iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə keçirdiyi mətbuat konfransında bildirmişdir ki, cari ilin martında Türkiyə, Azərbaycan və İran xarici siyasət idarələri rəhbərlərinin növbəti görüşü keçirilə bilər.

ERtv AzərTAc-a istinadən xəbər verir ki, Ə.Davudoğlu demişdir ki, fevral ayında İran Prezidenti Həsən Ruhaninin Ankaraya səfəri zamanı iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması da planlaşdırılır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın da yanvarın sonunda Tehrana səfər edəcəyini bildirən Ə.Davudoğlu vurğulamışdır ki, iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün səylər artırılacaqdır. O, əlavə etmişdir ki, ötən il həcmi azalan ticarət dövriyyəsinin 2015-ci ildə 30 milyard dollara çatdırılması planlaşdırılır.

Nazirlər bildirmişlər ki, ikitərəfli əlaqələrlə yanaşı, tərəflər regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparmışlar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.