Xəbərlər

Lənkəran rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib
05 yanvar, 2014 23:52

Azərbaycanın Lənkəran rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib.

ERtv APA-ya istinadən xəbər verir ki, hadisə yanvarın 5-də saat 10.30 radələrində Ələt-Astara magistralının 181-ci kilometrliyində - rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki rayon sakini Fuad Həsənovun idarə etdiyi “VAZ-2103” markalı, 02 BA 768 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn, Səxavət adlı sürücünün idarə etdiyi “Volvo” markalı, 99 JE 292 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşınının yoluna çıxaraq onun altına girib.

Nəticədə “VAZ-2103”-ün sürücüsü və avtomobildə olan sərnişinləri - həyat yoldaşı ilə qızı Məhəbbət Həsənova hadisə yerində ölüblər. Hər üç şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

İlkin versiya kimi hadisəyə “VAZ-2103” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulayaraq “Volvo”nun yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəzaya uğramış ailə Lənkəranda hərbi qulluq keçən övladlarının yanına gəlirmiş.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.