Qax rayonunda son illər turizmin digər növləri kimi, qış turizmi də inkişafetməkdədir.
Rayon Mədəniyyət və Turizm şöbəsindən Gün.Az-a verilən məlumata əsasən, yeni
il bayramını və qış tətili günlərini Qaxda keçirmək arzusunda olanların sayı ildən-ilə artmaqdadır. Xüsusən rayonun İlisu kəndi ərazisində fəaliyyət göstərən turizm istirahət komplekslərinə böyük maraq var. Belə ki, bu ərazidə dünya standartlarınauyğun “Uludağ”, “Yaşıl park”, “Eı Resort”, “Səngər qala” və sair kimi Turizm vəİstirahət Mərkəzləri fəaliyyət göstərir.
Qış tətili günlərində sözügedən mərkəzlərəyerli turistlərlə yanaşı, Türkiyə, Rusiya və Almaniyadan qonaqlar da təşrif buyurublar. Turistlər üçün əyləncəli bayram proqramı hazırlanıb, istirahətəgələnlər Şaxta baba və Qar qızla birlikdə doyunca əyləniblər. Yeni il karnavalı, diskoteka, Bakıdan və Ukraynadan gəlmiş müğənnilərin iştirakı ilə konsertlər, şou-əyləncəli proqramlar təşkil olunub. Bayram günlərində turistlər Azərbaycan və dünya mətbəxinin ləziz təamları ilə yanaşı, bu yerlərə xas “sürhüllü” və digər xəmir xörəklərindən də dadıblar.
İstirahət mərkəzləri turistlərin istək və tələbatını nəzərə alaraq dağlara, kəndin və rayonun tarixi yerlərinə turlar təşkil edib.
Rayon Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata əsasən hazırda İlisukəndinin “Səngər qala” adlı istirahət mərkəzində daha 5 mərtəbəli, 100 yerlik otelbinasının tikintisində tamamlama işləri aparılır. Otelin bu ilin ortalarında istifadəyəverilməsi nəzərdə tutulur.