İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidentini təbrik edib
03 yanvar, 2014 12:27
Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Theyn Seynə təbrik məktubu ünvanlayıb.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Myanma arasındakı münasibətlər dostluq və əməkdaşlıq zəminində daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram".