Xəbərlər

Tarif Şurası: Azərbaycanda benzinin yenidən bahalaşması gözlənilmir
03 yanvar, 2014 12:22

Azərbaycanda benzinin və digər yanacağın qiymətinin yenidən artacağı gözlənilmir.

ERtv APA-ya istinadən xəbər verir ki, bu barədə Tarif Şurasından məlumat verilib.

“Ölkədə benzin və digər yanacağın qiyməti ötən ilin dekabr ayında qalxıb. Şuraya benzin və yanacağın qiymətinin artırılması ilə bağlı heç bir təklif gəlməyib. Bu baxımdan da hər hansı qiyməti artımı gözlənilmir”, - deyə Tarif Şurasından bildirilib.

Qeyd edək ki, “musavat.com” saytı Azərbaycanın cənub bölgəsində yanacaqdoldurma məntəqələrində avtomobillərə 6-7 litrdən yuxarı benzin doldurmağa icazə verilməməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sürücülərə yalnız 5 manatlıq benzin ala biləcəkləri deyilib. Məntəqələrdə böyük növbələr yaranıb. Yanacaq dolduranlar 5 manatlıq benzin limitinin səbəbini izah edə bilmirlər. Ancaq sürücülər bunu benzinin bahalaşacağı ehtimalı kimi qəbul edirlər.

Məlumatda böyük ehtimalla yanvarın ilk iş günü (yanvarın 7-dən) Tarif Şurasının benzinin yenidən bahalaşması ilə bağlı qərarını elan edəcəyi deyilir. Yanacaqdoldurma məntəqələri də bundan xəbərdardır, ona görə benzin satışını məhdudlaşdırıblar ki, ucuz qiymətə aldıqları benzini baha qiymətə satsınlar. Benzinin qiyməti 1 manata qədər artırıla bilər.

Xatırladaq ki, Azərbaycanda benzin sonuncu dəfə Tarif Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə bahalaşıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.