Millət vəkili Qənirə Paşayeva internetlə bağlı yeni yazı ilə çıxış edib.
"Hər il, hər ay internetdən istifadə edənlərimizin sayının surətlə artmasından, əhalinin internetə çıxış imkanlarının artıq kəndlərimizə doğru genişlənməsindən ürək dolusu danışırıq. Təbii ki, bu müsbət hadisədir və hər birimizi sevindirir. Amma bizi internetin imkanlarından daha çox nə üçün istifadə edirik sualı bizi sözün gerçək mənasında ciddi düşündürməlidir. Araşdırmalara görə, Fransızlar, interneti ən çox “bilgi arama” üçün istifadə edirlər.
İngilislər, ən çox “xəbər” üçün...
Türklər (Azərbaycanlılar, Azərbaycan Türkləri olaraq biz də bu siyahıdayıq) ən çox “əyləncə və ilətişim” üçün...
Mən heç kəsin əyləncəsinə, ilətişim qurmaq arzularına qarışmaq istəmirəm..
Amma çox istəyərdim ki, 2014-də biz də araşdırmalar nəticəsinə görə “bilgi arayanlar” qrupuna da daxil olaq. O zaman gerçəkdən də internetin imkanlarından doğru və faydalı istifadə edənlərdən olarıq və saatlarla internet qarşısında zaman keçirən gənclərimiz kompyuterlərinin qarşısında zamanlarını və deməli gələcəklərini yandırmazlar. Həmin zamandan inkişaflarına yardım edən, faydalı məqsədlər üçün istifadə etsənlər gələcəklərini də sağlam qura bilərlər.
Sadəcə bir gün internet qarşısında keçirdiyiniz zamanı hesablayın. Sonra onun böyük bir hissəsini nəyə sərf etdiyinizə baxın və sadəcə düşünün...