Azərbaycan Almaniyada keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
04 yanvar, 2014 18:12
Martın 5-dən 9-dək Almaniyada keçiriləcək “İTB Berlin” Beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən Gün.Az-a verilən xəbərə görə, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı alman və ingilis dillərində hazırlanmış reklam-çap məhsulları vasitəsilə nümayiş etdiriləcək.