Dubayda Yeni il ətəşfəşanlığı Ginnesin Rekordlar kitabına düşüb
01 yanvar, 2014 12:25
Dubayda təşkil olunan yeni il atəşfəşanlığı öz miqyasına görə Ginnesin Rekordlar kitabına düşüb.
ERtv "RİA Novosti"yə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki atəşfəşanlıq 2012-ci ildə Küveytdəki atəşfəşanlığı da geridə qoyub.
Atəşfəşanlıq nəzərdə tutulandan 20 dəqiqə gec başlayıb. KİV-də bunu təşkilatçıların hazırlığı və güclü küləklə əlaqələndirirlər.
450 min fişəngdən ibarət salyut 6 dəqiqə davam edib. Fişənglər Dubayın sahillərindəki 100 kilometrlik məsafədə 400 nöqtədən səmaya buraxılıb. Fişəng atəşfəşanlığı nəticəsində səmada BƏƏ-nin 225x130 metr ölçüdəki bayrağı forması canlandırılıb. Bayram atəşfəşanlığını 200-dən artıq pirotexniki qurğudan istifadə olunub.