Mixael Şumaxer üzərində ikinci cərrahiyə əməliyyatı aparılıb
31 dekabr, 2013 12:23
"Formula-1" yarışmasının 7 qat dünya çempionu Mixael Şumaxer üzərində ikinci cərrahiyə əməliyyatı aparılıb.
ERtv "Ria-Novosti"-yə istinadən xəbər verir ki, bu haqda Qrenobledəki hospitalın reanimasiya və intensiz terapiya şöbəsinin müdiri Jan-Fransua Payen bu gün keçirilən mətbuat konfransında məlumat verib.
"Biz deyə bimərik ki, o həyatı təhlükəni atladıb, lakin vəziyyət nəzarət altına alına bilib".
Onun sözlərinə görə, əməliyyat gecə keçirilib və iki saat davam edib. Həkimlər onun beynində olan hematomanı götürüblər. Skaynerlər hematomanın tamamilə təmizləndiyini göstərib.
Həkim bildirib ki, qarşıdakı saatlar həlledici olacaq. İndidən proqnoz vermək çətindir.