Azərbaycanda kompyuter və digər elektron avadanlığın istehsalı artıb
01 yanvar, 2014 12:21
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kompyuter, elektron və elektrik avadanlığının istehsalı sahəsində məhsul istehsalının həcmi 205,6 milyon manat olub.
ERtv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə kompyuter və elektron məhsulların istehsalı 21,7 faiz, elektrik avadanlığının istehsalı isə 0,2 faiz artıb.
Ötən ilin on bir ayında 129 güc transformatoru, 6 min məişət soyuducusu, 22,5 min televizor istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məişət soyuducularının və televizorların istehsalı müvafiq olaraq 20,4 və 2 faiz artıb.
Dekabrın 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 21,6 milyon manatlıq hazır məhsul ehtiyatı qalıb.