Xəbərlər

ATƏT-in Bakı Ofisi ATƏT-in Layihə Əlaqələndiricisi statusuna keçib
02 yanvar, 2014 22:32

2014-cü ilin yanvarın 1 tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.

ERtv APA-ya istinadən xəbər verir ki, bu barədə qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.

Qərara əsasən, Layihə Əlaqələndiricisi aşağıdakı vəzifələri icra edəcək:

- ATƏT-in prinsip və öhdəliklərinin həyata keçirilməsi məqsədilə ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın dəstəklənməsi;

- ATƏT və onun institutları ilə Azərbaycanın müvafiq dövlət orqanları arasında ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının hər üç meyarını əhatə edən və Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alan layihələrin planlaşdırılması və icrası;

- Hökumət və qeyri-hökumət orqanları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və QHT-lərlə əlaqələrin saxlanılması;

- ATƏT ilə Azərbaycan hökuməti arasında razılaşdırılan və ATƏT institutları və ya sədri tərəfindən uyğun hesab edilən digər vəzifələrin həyata keçirilməsi.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən fəaliyyət göstərir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.