Xəbərlər

Sağlam ailə - cəmiyyətin və güclü dövlətin təməlidir
02 yanvar, 2014 22:28

30 dekabr 2013-cü il tarixində Şəki şəhərində “Bakı Gənclər Klubu” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidendi yanında Gənclər Fondunun maliyyə dəstəyiilə həyata kecirdiyi “Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir” adlı layihənin açılış mərasimi baş tutmuşdur.

Açılışda Şəki şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Vəkillər Kollegiyasının üzvü hüquqşünas Fariz Namazlı, psixoloqlar Aynur Bunyatova, Sevinc Vəliyeva və layihəyə cəlb olunmuş bir qrup gənc iştirak etmişdilər.

Layihənin açılışında əvvəlcə “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov çıxış nitqində layihənin məqsədindən və əhəmiyyətindən, gənclərin gələcək ailə həyatında üzləşəbiləcək problemlər haqqında danışmış və bu layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə və yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidendi yanında Gənclər Fonduna və Şəki şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirmişdir.

Daha sonra çıxış üçün söz Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərova verilmişdir. Vüqar müəllim çıxışında bu cür layihənin həyata keçirilməsinin aktuallığından vəŞəki rayon sakinlərin bu günə kimi qoruyub-saxlamış və gənc nəsillərə ötürmüş ailə dəyərlərindən danışmışdı.

Növbəti çıxışlarında təlimçilər Aynur Bunyatova, Sevinc Vəliyeva və Fariz Namazlı gələcək ailə həyatında yaranan psixoloji və hüquqi aspektlərə toxunmuş və layihə iştrakçılarınauğurlar arzulamışdılar.

Qeyd edək ki, “Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir” adlı layihəsinin həyata keçirilməsində əsas məqsəd - gənclər arasında ailə institutunun gücləndirilməsində hüquqi vəpsixoloji maarifləndirmə işlərinin aparilması,erkən nigahın fəsadlarını açiqlanması,qənclərin ailə dəyərlərinə düzgün qiymət verilməsi, təbliğ etməsi və gələcəkdə yarana biləcək mübahısələrin qarşısının alınması idi .

"Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “BGK” İB Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ) və "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" nun təsisçisi və fəal üzvüdür. Birliyin əsas məqsədi - gəncləri öz ətrafında toplamaqdan, asudə vaxtlarını səmərəli istifadə etməsindən, istedadlı və yaradıcı gənclər arasında əlaqələrin inkişafına kömək etməkdən ibarətdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.