Fələstinin Çexiyadakı səfiri evində baş verən partlayış nəticəsində həlak olub
02 yanvar, 2014 22:24
Fələstinin Çex Respublikasındakı səfiri Camal Məhəmməd Camal evində baş verən partlayış nəticəsində ölümcül xəsarətlər alıb.
ERtv xəbər verir ki, Praqadakı hərbi hospitala yerləşdirilən diplomat elə orada vəfat edib.
Hadisə yerinə gələn Çex Polisinin prezidenti Martin Çerviçek hadisənin terror aktı ola biləcəyini istisna edib. Bununla belə, yerli mətbuat partlayışın səfirin seyfində olan patronun partlaması nəticəsində meydana gələ biləcəyini də yazır.