Vasif Durarbəyli Əl-Ayndakı turnirdə ikinci oldu
29 dekabr, 2013 11:08
Əl-Aynda (BƏƏ) şahmat üzrə beynəlxalq turnirin 9-cu turu baş tutub.
ERtv-nin verdiyi xəbərə görə, azərbaycanlı qrossmeyster Vasif Durarbəyli son turda ukraynalı Martin Kravtsovla heç-heçə oynayaraq, 7 xalla turnirdə 2-ci olub.
Turnirin qalibi isə Durarbəyli ilə eyni xal yığan, ancaq əlavə əmsallarda onu ötən hindistanlı Abxicet Qupta olub.