Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatının gücləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb
29 dekabr, 2013 10:58
Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalça Muzeyinin yeni binasının ekspozisiya sahəsinin bədii tərtibatı, habelə müasir texniki avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.