Xəbərlər

İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
28 dekabr, 2013 18:47

2013-cü il dekabrın 27-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi və ARDNŞ-nin İsveçrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bern şəhərində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

ERtv  xəbər verir ki, tədbiri giriş sözü ilə açan səfir Əkrəm Zeynallı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu bayramı xalqımızın birlik və mütəşəkkilliyi, milli təəssübkeşliyi və vətənə sədaqətinin rəmzi kimi səciyyələndirmiş, artıq uzun illərdir ki, təntənəli şəkildə qeyd edilən Həmrəylik Gününün xarici ölkələrdə yaşayan soydaşlarımızda müstəqil Azərbaycan dövlətinə məhəbbət hissini aşıladığını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarına ünvanladığı təbrikinin mətnini tədbir iştirakçılarının diqqətinə çatdıran səfir Ə.Zeynallı, ölkə başçısının müstəqil Azərbaycan Respublikasının qorunması və inkişaf etdirilməsi, dünya birliyində mövqelərinin möhkəmləndirilməsi işində diasporamızın üzərinə düşən vəzifələrlə bağlı fikirlərinin xaricdə yaşayan soydaşlarımızı fəaliyyətlərini daha da artırmağa ruhlandırdığını bildirmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsveçrədəki soydaşlarımızı təbrik edən səfir, onları Azərbaycan Respublikasının maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə və bu ali amal ətrafında sıx birləşməyə çağırmışdır.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Ehtiram Hüseynov və Vəfa Vəzirovanın konsert proqramı və rəsmi ziyafətlə davam etdirilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.