Xəbərlər

Görkəmli sənətkar Zeynəb Xanlarovanın doğum günüdür
28 dekabr, 2013 18:30

Bu gün xalq artisti, millət vəkili, milyonların sevimlisi Zeynəb Xanlarovanın doğum günüdür.

ERtv xəbər verir ki, Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Akademik Opera və Balet Teatrının solistidir.

Z.Xanlarova 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülüb.

Z.Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən ecazkar səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb.

Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanıb, eyni coşqunluqla alqışlanır.

O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” ordeni, “İstiqlal” ordenlərinə layiq görülüb.

Zeynəb Xanlarova əvəzsiz ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində baş rollar oynayıb.

Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və Şərq xalqlarının mahnıları geniş yer tutur.

Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. Z.Xanlarova həmçinin bir sıra mahnıların müəllifidir.

Etibarlı mənbədən aldığımız məlumata görə, sənətkar son illər olduğu kimi, bu il də doğum gününü öz ailəsi ilə birlikdə xaricdə qeyd edəcək.

Z.Xanlarova təxminən 1,5 aydan sonra Bakıya dönəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.