Obama Havay adalarında məzuniyyət gününü dəniz piyadalarının bazasında məşqlə başlayır
28 dekabr, 2013 18:18
Obama qış məzuniyyətini Havay adalarında keçirmək üçün dekabrın 21-də ailəsi ilə Havay adalarına gedib.
ERtv-nin RİA-Novosti-yə istinadən verdiyi xəbərə görə, jurnalistlər Barak Obamanın Havay adalarında qış məzuniyyətini öz ailəsi ilə necə keçirdiyini öyrəniblər.
Cümə günü ABŞ prezidentinin səhəri dəniz piyadalarının bazasında məşqlə başlayıb.
Günün ilk yarısında Obama ailəsi birlikdə Vaymanalo çimərliyinə yollanıb. Prezident ailəsi öz naharını Vaykiki şəhərindəki “Nobu” yapon restoranında edib. Prezident korteji Vaykikiyə çatan kimi turist kütləsi foto və video çəkmək üçün ora qaçıb.
Bundan əlavə, Obama iki senatora zəng edərək işsizlik üzrə müavinət məsələsini müzakirə edib.