Xəbərlər

Vətəndaşların şikayətinə əsasən 17 vergi işçisi işdən çıxarılıb
28 dekabr, 2013 18:13

Bu il Vergilər Nazirliyinə vətəndaşlardan “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub.

Nazirlikdə ERtv-yə verilən məlumata görə, “Vergi işçisinin etik davranış kodeksi”nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib.

Eyni zamanda, haqqında şikayət daxil olan 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib.

Həmçinin qeyd olunub ki, il ərzində etik davranış məsələləri ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsinə diqqət artırılıb.

Vergilər Nazirliyinin Tədris Mərkəzində keçirilən ilkin hazırlıq və ixtisasartırma kurslarının tədris proqramına “Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətlərdə işgüzar ünsiyyət etikası və Vergi işçisinin etik davranış kodeksi” mövzusu əlavə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.