Xəbərlər

Havay adalarına uçuş cəmi 7 dollara
27 dekabr, 2013 23:04

Amerikanın iri aviaşirkətlərindən biri olan “Delta Airlines” kompüter sistemində yaranan problem səbəbindən biletləri çox ucuz qiymətə satıb.

ERtv xarici mətbuata istinadən xəbər verir ki, təqribən iki saat ərzində aviabiletləri onların real qiymətinin təxminən 10 faizi dəyərində əldə etmək mümkün olub.

Şirkətin saytının işində yaranan problem təqribən səhər saat 10 radələrində baş verib və saat 12-yə qədər davam edib.

Bu müddət ərzində adətən 400 dollardan baha satılan daxili reys biletlərini 40-60 dollara almaq mümkün olub. Bundan əlavə, Havay adalarına hər iki istiqamət üzrə biletləri cəmi 6,90 dollara almaq olub.

Adətən isə bütün ölkə üzrə aviauçuşların qiyməti bir neçə yüz dollardan bir neçə min dollara qədər olurdu.

Biletlərin ucuz satılma xəbəri internetdə sürətlə yayılıb. Hamı təkcə özü üçün deyil, tanışlarına da bilet almağa başlayıb. Havay adalarına 6 bilet alan adamlar qeydə alınıb.

Şirkət nümayəndəsi alınan biletlərin ləğv olunmayacağını bəyan edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.