İndiyədək 1200-ə yaxın məcburi köçkün sahibkara 24 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verilib.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. O bildirib ki, bu kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 4 iri investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 milyon manat güzəştli kredit verilib. Artıq bu müəssisələr istifadəyə verilib və orada işləyənlər məcburi köçkünlərdir”.
O bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu məcburi köçkün sahibkarlarla əlaqələrini daha da genişləndirəcək və güzəştli kreditlərin alınmasına dəstək tədbirlərini daha da gücləndirəcək.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı